Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu 2016-ci ilin ilk İşçi Qrupu İclasını Bakıda təşkil edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirin əsas məqsədi məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və dünya mehmanxana brendləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə onların qarşılıqlı əlaqələrinin ahəngləşdirilməsi olub.
İclas iştirakçıları həmçinin, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında qiymət siyasəti, müqavilə məsələləri, beynəlxalq sərgilərdə iştirak, biznesin inkişafı üzrə yeni və daha səmərəli yollar və s. kimi məsələləri müzakirə edib.
Qeyd edək ki, büro və onun tərəfdaşları gündəmdə olan məsələləri nəzərdən keçirmək, bu sahədə qarşıya çıxan çətinlikləri vaxtında təyin etməklə, bu problemlərin həlli yollarını tapmaq məqsədilə 2016-ci ildə hər ay belə iclaslar təşkil etməyə qərar verib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB