“Ora-bura” tamaşası nümayiş olunacaq

“Ora-bura” tamaşası nümayiş olunacaq

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli olan "Ora-bura" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 24-də olacaq səhnə əsərinin musiqi tərtibatı əməkdar artist Elman Rəfiyevə məxsusdur. Səhnədə teatrın sevilən aktyorları - əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, aktyorlardan Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, Solmaz Bədəlova, Səbinə Hacıyeva, həmçinin əsərin müəllifi Bəhruz Əhmədli rol alıb.

Avtobus dayanacağının təsviri ilə başlayan bu səhnə əsərindəki hadisələr insanın iç dünyasındakı ayrı mənin gizli, gözəl və elə bir o qədər də axmaq arzularını ideal biçimdə tamaşaçıya göstərməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə