İrəvan Teatrında 12 yeni tamaşa

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 2015-ci ildə bir sıra uğurlu layihələrə imza atıb. Teatrdan SİA-ya bildiriblər ki, ötən il teatrda 12 yeni tamaşa hazırlanıb. Ümumilikdə isə teatrın yaradıcı kollektivi 120 tamaşa təqdim edib.

Bildirilib ki, bu sənət məbədi 2015-ci ildə Azərbaycanın 19 rayonunda qastrol səfərində olub. Ötən bir ildə teatrın rejissorları, aktyorları digər sənət ocaqlarında tamaşa hazırlayıb, səhnə əsərində rol alıb, həmçinin bir sıra gənc rejissorlar da İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə əsərlərinə quruluş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə