"Qafqaz Media" İctimai Birliyində (İB) tanınmış alim, BDU-nun kafedra müdiri, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Knyaz Aslanın 55 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə birliyin sədri Azadə Hüseynova Knyaz Aslanın həyat və fəaliyyətindən söhbət açıb: "Gürcüstanın Başkeçid rayonunda dünyaya göz açan K.Aslan orta məktəbi qızıl medala bitirib. Bakı Dövlət Universitetini, bu təhsil ocağının aspiranturasını bitirib. Qarabağda, döyüş bölgələrində olub, Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərin müəllifidir".
Tədbirdə qiraət ustaları yubilyarın əsərlərindən nümunələr səsləndiriblər.
A.Hüseynova K. Aslana gənc nəslin yetişməsində göstərdiyi xidmətlərə görə "Ustad sənətkar" diplomu təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB