Mədəniyyət və turizm naziri ilin yekunu ilə bağlı iclas keçirib FOTOLAR

Mədəniyyət və turizm naziri ilin yekunu ilə bağlı iclas keçirib FOTOLAR

Bu gün Mədəniyyət və Turizm Naziriliyinin kollegiya iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak eib.

İclas mədəniyyət işçilərinin medallarla təltif olunması ilə başlayıb.

Daha sonra çıxış edən Ə.Qarayev mədəniyyət sahəsində 2015-ci ildə görülən işlər haqda yekun məlumat verib: "Bu il Cənab Prezident İlham Əliyev mədəniyyət sahəsi ilə bağlı 78 sərəncam imzalayıb. Sərəncamlar içərisində dahi şəxslərin yubileylərinin çoxluğu təşkil edir. Bundan başqa mən özüm bölgələrdə səfərdə olmuşam. İnsanlarla bir-bir görüşmüşəm. Rayonlarımızda ustad dərslər, treniqlər keçirilib. Gələn il regionlarda işimizi daha da mükəmməlləşdirəcəyik. Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət ocaqlarındakı nizam-intizam qaydalarına da yer ayırır. Belə ki, bu il bir neçə mədəniyyət işçisinə töhmət verib. Mədəniyyət işçiləri elə işləməlidirlər ki, sonradan işlərində nöqsan tapılmasın. Gələn il bizim kadr siyasətimizdə bir çox dəyişikliklər olacaq. Bu proses artıq başlanıb və davamı da olacaq. Bir şeyi də diqqətinizə çatdırım ki, Xalça Muzeyinin direktoru Röya Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixdə son veriləcək. Onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanova icra edəcək. Bu vaxtadək R.Tağıyevanın fəaliyyətinə görə təşəkkür edirəm. akı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad edilib. Bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin edilib".

Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə