Rusiya muzeylərində Azərbaycana aid bayraqlar

Rusiya muzeylərində Azərbaycana aid bayraqlar

Moskva şəhərində elmi ezamiyyətdə olan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzeylərində Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı araşdırmalar aparılır. Tarix Muzeydən SİA-ya bildirilib ki, P.Gözəlov Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayrağın olduğunu müəyyən edib. Muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar aşkar olunub.

Qeyd edək ki, Rusiyanın müasir tarixinin araşdırılması üzrə ən böyük mərkəzlərdən olan bu muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə