Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Polşa musiqiçilərinin "Jazz Christmas" adlı konserti olub. SİA-nın verdiyi xəbərə görə, konsert Polşanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
Qonaqları salamlayan Polşanın Azərbaycandakı səfiri Marek Tsalka bildirib ki, bugünkü konsertdə Polşa və Azərbaycan musiqisinin sintezindən yaranan qeyri-adi əsərlər səslənib.
Proqramda Azərbaycan cazmeni Elçin Şirinov, Polşa musiqiçiləri – Karol Domanski və Mariuş Praşnevski çıxış ediblər. Onlar konserti böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının musiqisi əsasında kompozisiya ilə açıblar.
Qeyd edək ki, konsertdə xarici ölkələrin səfirləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB