Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis olunub

Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis olunub

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. SİA-nın verdiyi xəbərə görə, protokola əsasən "Azərbaycanfilm" kinostudiyası tərəfindən şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təsis edilib. Əsas məqsəd peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

Təqaüdçülərin adlarını təqdim etmək ADMİU-nun elmi şurasına həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə