Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konservatoriyadan SİA-ya verilən xəbərə görə, konfransda "Rəşid Behbudovun səs tembri və vokal ifa xüsusiyyətləri", "Rəşid Behbudov və "Arşın mal alan" operettası", "Rəşid Behbudov yaradıcılığında bəstəkarların rolu", "Rəşid Behbudov və kino musiqisi" və digər mövzusunda məruzələr dinlənilib.

Tədbirdə R. Behbudovun repertuarında səslənən mahnılardan ibarət videoçarx nümayiş olunub. Konservatoriyanın müəllim və tələbələrinin ifasında Rəşid Behbudovun repertuarında yer alan bir sıra mahnılar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə