“Ömrün musiqili səhifələri”

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Çəngi" estrada folklor ansamblının bədii rəhbəri, tar və ud ifaçısı, əməkdar artist Mircavad Cəfərovun konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, "Ömrün musiqili səhifələri" adlı konsert proqramı M.Cəfərovun anadan olmasının 50 illiyinə həsr edilib. Konsert "Çəngi" estrada folklor ansamblının rəqs və etno-caz qrupu və onun solisti Arzu Həsənlinin çıxışı ilə başlayıb.

Gecədə xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, əməkdar artistlər Teyyub Aslanov, Zakir Əliyev, xanəndə Qoçaq Əsgərov, Salman Qəmbərov, əməkdar incəsənət xadimi, caz ifaçısı Cəmil Əmirov və tanınmış gənc caz ifaçısı Elçin Şirinov müxtəlif ifalarla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə