"Əli və Nino" filminin növbəti ilin yanvar ayında ABŞ-da premyerası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, yazıçı Qurban Səidin dünya bestselleri- eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək ABŞ-da keçiriləcək nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq. "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
Qeyd edək ki, filmin çəkilişləri 2015-ci il fevralın 24-dən iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra digər məkanlarında, Qobustan və Xınalıqda aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB