Azərbaycan Respublikasi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə cari ilin 04 dekabr tarixində saat 17.00-da "Metro Park" alış-veriş və ticarət mərkəzində "Milli irsə dəstək olaq" adlı flaşmobun keçirilməsi nəzərdə tutulub.
Aksiya zamanı müxtəlif rəqs kollektivləri tərəfindən "Yallı" və "Köçəri" rəqsləri ifa olunacaq və tədbir iştirakçılarına YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında məlumatlar paylanacaqdır. Məlumat üçün bildiririk ki, tədbirdə Azərbaycan fəxri mədəniyyət və incəsənət işçilərinin də iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB