Gənc Tamaşaçılar Teatrında 8 yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında 8 yeni tamaşa

3 yeni səhnə əsərinin məşq prosesinə start vermiş ("Mehmanaxana sahibəsi" (K.Qaldoni), "Arzu və Murad" (S.Elsevər), "Mauqli" (P.Nurəliyeva)) Azərbaycan Teatrı Dövlət Gənc Tamaşaçılar həftəsonuna qədər 8 tamaşa nümayiş etdirəcək. SİA-nın verdiyi xəbərə görə, bu gündən bazar günü də daxil olmaqla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrsevərlər Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" (26.11.2015, saat 14.00), M.F.Axundzadənin "Hacı Qara" (27.11.2015, saat 14.00 və 16.00), məktəblilər üçün Y.Şvartsın "Qırmızı papaq" (28.11.2015, saat 10.00 və 12.00), H.X.Andersenin "Çirkin ördək balası" (29.11.2015, saat 12.00), böyüklər üçün H.Cavidin "Şeyx Sənan" (28.11.2015, saat 19.00), C.Cabbarlının "Aydın" (29.11.2015, saat 19.00) tamaşalarını izləyə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə