Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "www.ferzeli-kef.com" tamaşası yeni quruluşda təqdim olunacaq. SİA-ya teatrdan verilən məlumata görə,noyabrın 28-də teatrsevərlərin görüşünə gələcək iki hissəli tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri isə Zakir Ağayev və Yelena Ağayevadır.
Tamaşada əsas rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Novruz Əliyev, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnara Əzizova, Elməddin Dadaşova, Nigar Qarayeva və başqaları ifa edəcəklər.
Qeyd edək ki, tamaşa görkəmli bəstəkar Emin Sabitoğlunun "On min dollarıq kef" operettası əsasında səhnələşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB