“Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi”

“Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda professorlar Qəzənfər Kazımov, Tofiq Hüseynov və başqaları söz alaraq səbəbkarın yaradıcılığı haqda məlumat veriblər. Kitabın 1991-ci il kiril qrafikalı nəşri əsasında latın qrafikasında yenidən nəşr olunmasını təqdirəlayiq hesab edilib. Bildirilib ki, Cavid yaradıcılığına aid olan bu monoqrafiyanın romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqəli elm və tədqiqatların təkmilləşdirilməsi istiqamətində çox mühüm əhəmiyyətə malikdir.

Müəllif diqqətə çatdırıb ki, o, 1989-cu ildə "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabın redaktoru İsa Həbibbəyli, rəyçilər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya elmlər doktoru Kamran Əliyev, Qəzənfər Kazımovdur. Sonda kitab iştirakçılara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə