Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda görkəmli bəstəkar, pianoçu, dirijor, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, griş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edib.
Muzeyin şöbə müdiri Xanım Abdinova Tofiq Quliyevin keçdiyi həyat yolundan və yaradıcılığından söhbət açıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış təqdimat, bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən video görüntülər nümayiş olunmuş, mahnılarından ibarət konsert proqramı təqdim edilib.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB