Dövlət Müstəqilliyi Günü Heydər Əliyev Sarayında reallaşıb. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu əlamətdar gün münasibətilə təşkil olunan "Sevilən mahnılar axşamı" adlı konsert proqramında Xalq Artisti Bilal Əliyev, Əməkdar Artist Səlim Abbasov (skripka), gənc müğənnilər Arzu Əliyeva, Gülay Qədirova, Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, aşıq Zülfiyyə və başqaları iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşan konsertə Qarabağ müharibəsi veteranları və əlilləri, onların ailə üzvləri, kimsəsiz, əlil və daun sindromlu uşaqlar da dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB