Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, "Toska" dünya klassik opera sənətinin ən dəyərli nümunələrindəndir. Bu opera uzun illərdir ki, Teatrımızın repertuarındadır və hər dəfə müxtəlif vokal ulduzlarının ifasında operasevərlərə təqdim olunur.
Tamaşada Toska partiyasını Teatrın gənc solisti, Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü İlahə Əfəndiyeva ifa edəcək. Onun tərəf müqabilləri kimi Kavaradossi rolunda Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı və müxtəlif beynəlxalq vokal müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili və Skarpia rolunda Belarus Milli Akademik Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov çıxış edəcəklər. Azərbaycanın Xalq artisti, Vokalçıların Bülbül adına müsabiqəsinin Qran-Pri mükafatının sahibi Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov da tamaşada iştirak edəcəklər.
Qeyd edək ki, tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB