29 sentyabr - 02 oktyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək "Top Resa 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edəcək. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirakı edəcək.
Həmçinin, sərgidə 3 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism" və "SW travel" şirkətləri təmsil olunacaq.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 34 kv.m sahədə xüsusi lövhə quraşdırılmışdır. Lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Məlumat üçün bildiririk ki, 2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 159 ölkədən 1800-ə yaxın şirkət təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB