Azərpaşa Nemət: "Teatrda məsələləri həll etməyə çalışacağam" FOTOLAR
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatrın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda teatrın 143-cü teatr mövsümünü 18 sentyabr tarixində İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında, xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanmış "Qarabağnamə" tamaşası ilə açacağını və son vaxtlar teatrı narahat edən məsələlər müzakirə olunub.
Azər Paşa Nemət bildirib ki, əgər teatrda intizam olarsa o zaman iş də normal olacaq: "Teatrda yaradıcı atmosferin inkişaf etdirilməsinə çalışacam. Belə ki, bacardığımız qədər aktyor heyətinin potensialını qaldıracağıq. Teatrda yararlı tamaşalarla yanaşı, lazımsız tamaşalar da mövcuddur. Çalışacağıq ki, maraqsız tamaşaları repertuardan çıxaraq. Elə tamaşalar da var ki, tamaşaçıların həmin tamaşaya marağı yüksəkdir. Lakin repertuardan çıxarılıb. Çalışacağam ki, həmin tamaşaları da yenidən repertuara daxil edəm".
Bədii rəhbər onu da diqqətə çatdırıb ki, vəzifəsinə gələndən sonra 50-yə yaxın aktyor heyəti ilə təklidə görüşüb və onları narahat edən məsələlər müzakirə edilib: "Hər zaman istəmişəm ki, aktyorlar öz problemlərini mənə deyə bilsinlər. Ona görə də onlarla görüşmüşəm və görüşmədiklərimlə də növbəti günlərdə görüşəcəyəm. Onları narahat edən məsələləri bir yerdə həll etməyə çalışacağam".
Azər Paşa Nemət yaradıcılıq məsələsindən də danışıb. Bildirib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Böyük Britaniyanın məşhur "Qlobus" teatrı ilə əməkdaşlıq əlaqələri qurub: " Böyük Britaniyanın "Qlobus" teatrı artıq Milli Dram Teatrının dəvətini qəbul edib və oktyabrın 3-də "Hamlet" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Buradan sonra onlar Gürcüstana səfər edəcəklər".
Qeyd edək ki, mətbuat konfransı diskusiya şəklində davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB