Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov ilə müqaviləni yeniləyib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib. Şöbə müdiri bildirib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenidən bu vəzifəni daşıyacaq.
Qeyd edək ki, İsrafil İsrafilov 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB