"Onun atası"nı görəcəksiniz FOTOLAR

"Onun atası"nı görəcəksiniz FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Onun atası" qısametrajlı bədii filminin çəkilişləri yekunlaşıb. SİA-nın verdiyi xəbərə görə, psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, filmdə baş rolları xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Şamil Süleymanov, aktrisa Ülviyyə Rza və digərləri canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə