Tərcümə Mərkəzindən dil kursları

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi kurslara qəbul elan edir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, kurslar iki istiqamətdə fəaliyyət göstərir:

1. İxtisasartırma kursları – aşağıdakı dillər üzrə təşkil edilir:

İngilis dili - Media Rəsmi, hüquqi sənədləşmələr – –

Fransız dili - Media Rəsmi, hüquqi sənədləşmələr

Alman dili - Rəsmi, hüquqi sənədləşmələr – –

İtalyan dili- Media Rəsmi, hüquqi sənədləşmələr Tibbi materialların tərcüməsi

İspan dili- Media Rəsmi, hüquqi sənədləşmələr – Politologiya sahəsində materialların tərcüməsi

Azərbaycan dilindən rus dilinə tərcümə Poeziya, nəsr və publisistika Tərcümə materiallarının redaktəsi

Türk dili- Bədii və humanitar sahələr üzrə tərcümə Rəsmi, hüquqi sənədləşmələr – –

Fars dili– Rəsmi, hüquqi sənədləşmələr – –

Ərəb dili- (Kurs dildaşıyıcısı vətəcrübəlimütəxəssislərtərəfindən aparılır) Media, bədii və humanitar sahələr Rəsmi, hüquqi sənədləşmələr Siyasət, iqtisadiyyat və maliyyə

2. Dil kursları – müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:

İngilis

Alman

Fransız

İspan

İtalyan

Rus

Türk

Fars

Ərəb

Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə – tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır.

Kursların aylıq ödənişi 50 AZN-dir.

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

Kurslara qeydiyyat üçün müvafiq sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti

2) 2 ədəd fotoşəkil

3) CV

Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.

E-mail: [email protected]

Əlaqə telefonu: (+994 12) 595-10-69

Bütün xəbərlər Facebook səhifəmizdə