Türkiyəli aktyorlar Azərbaycan filminə çəkiləcəklər

Türkiyəli aktyorlar Azərbaycan filminə çəkiləcəklər
"Cineba film" şirkəti tərəfindən ekranlaşdırılacaq "Bir ovuc sonsuzluq" faciə filminin kastinqinin vaxtı bəlli olub. SİA-nın xəbərinə görə, filmin kastinqinə avqustun 16-da start veriləcək. Seçimlər bitdikdən sonra isə gələn ay filmin çəkilişlərinə başlanılacaq.

Film faciəvi dram janrında olacaq. Baş rolları oynayacaq aktyorlar isə artıq seçilib. Çəkiləcək ekran əsərində Türkiyənin iki tanınmış aktyoru da rol alacaq. Hər iki aktyorla müqavilə imzalandıqdan sonra onların adları açıqlanacaq.

Qeyd edək ki, filmin rejissorları Murad Abdullayev və Battal Qazi Karabulaqdır. Film Battal Qazi Karabulağın ssenarisi əsasında çəkiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə