“Babək” filmi Belarus kanalında

Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin məlumatında bildirilir ki, səfirlik tərəfindən iki gün ardıcıl olaraq "Babək" filmi Belarusun ən çox izlənilən "Беларусь 3" kanalında (rus dilində) nümayiş etdirilib.

Qeyd edək ki, hər il Belarus Respublikasının müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saat efir alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə