Əməkdar artist "Qaynana" filminin "Sevda"sı Tanilə Əhmərova vəfat edib. SİA-nın məlumatına görə, əməkdar artist ilə vida mərasimi bu gün saat 13:00-da Təzə Pir məscidində olacaq.
Qeyd edək ki, Tanilə Əhmərova 1950-ci il iyunun 1-də Bakıda dünyaya gəlib. Aktrisa 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərdə rol alıb. O, "Sevinc buxtası", "Şir evdən getdi", "Üzü küləyə", "Qaynana", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlük" (Özbəkstan), "Dağıdılmış körpü" (1996) və başqa filmlərdə rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB