Rəşid Behbudovun 100 illik yubileyi qeyd olundu

Rəşid Behbudovun 100 illik yubileyi qeyd olundu

Prezident İlham Əliyevin sərəncamına əsasən bölgələrdə Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, belə tədbirlərdən biri də Lənkəran şəhər Mədəniyyət Mərkəzində baş tutub. "Yurdum, yuvam, məskənimsən, Azərbaycanım" devizi altında keçirilən tədbirdə mədəniyyət işçiləri və şəhər sakinləri iştirak ediblər. İlk olaraq Rəşid Behbudovun ifasında "Azərbaycan" mahnısı səsləndirilib. Ardınca isə çıxışlara yer verilib. Bildirilib ki, vətənə və xalqa son dərəcə bağlı olan unudulmaz sənətkar Rəşid Behbudov dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

Asudə vaxtın və istirahətin təşkilinə həsr olunan tədbirdə şeirlər, mahnılar ifa edilib, bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə