Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Məzun-2015" adlı 6-cı buraxılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Universitetin rektoru Cəfər Cəfərov açıb. Bildirib ki, bu gün dörd ilin bəhrəsidir: "Azərbaycan sürətlə inkişaf edir. "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində qarşıya konkret hədəflər qoyulub. Burada turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur".
Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də söz alaraq universitetin məzunları təbrik edib. Bildirib ki, 10 il əvvəl yaradılan Turizm İnstitutunun hazırda böyük və gələcəyi parlaq olan Turizm Universitetinə çevrilib: "Düşünürəm ki, bu universitetin məzunları gələcəkdə Azərbaycanın turizm sahəsində ən vacib kadrlarından olacaqlar"
Qeyd edək ki, 2015-ci ilin fevral və iyun yekun dövlət attestasiyalarında ATMU-dan cəmi 248 nəfər məzun olub. ATMU-dan məzun olanların sayı 1312 nəfərə çatıb. Mərasimdə ATMU-nun magistratura səviyyəsini bitirmiş 242 məzuna fəxri diplomlar, Azərbaycan-Avstriya turizm təhsil proqramı üzrə təhsil almış məzunlara isə ali təhsil ocağının diplomu ilə yanaşı Avstriyanın İMC Krins Tətbiqi Elmlər Universitetinin diplomu təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB