Lyubov Uspenskaya Bakıda konsert verəcək

Lyubov Uspenskaya Bakıda konsert verəcək

Noyabrın 6-da Heydər Əliyev Sarayında Rusiya şansonunun kraliçası, azərbaycanlı tamaşaçıların sevimlisi Lyubov Uspenskaya geniş konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev Sarayından SİA-ya verilən məlumata görə, konsertdə müğənni yeni mahnılarını səsləndirəcək.

Müğənni ilk albomunu ("Lyubimıy") 1985-ci ildə yazıb. Həmin albom ona keçmiş sovetlər birliyində və ABŞ-da populyarlıq qazandırıb. L.Uspenskaya bir neçə dəfə "İlin şansonu" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə