Pantomima Teatrında “Hamlet” tamaşası

Pantomima Teatrında “Hamlet” tamaşası

Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşanın premyerası keçirilib. Teatrdan SİA-ya verilən məlumata görə, hər zaman pantomim əsərlərlə tamaşaçıların görüşünə gələn teatr bu dəfə ənənəsindən kənara çıxıb və Uilyam Şekspirin "Hamlet" faciəsini səhnəyə qoyub.

Hamlet rolunu aktyorlar Azər Axşam və Əli Əlizadə canlandırıblar. Digər rolları Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Bəhruz Əhmədli ifa edirlər.

Tamaşaçı istəyi nəzərə alınmaqla tamaşanın premyerası bir ay boyunca nümayiş olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, rəssamı, musiqi tərtibatçısı və döyüşlərə quruluş verən xalq artisti Bəxtiyar Xanızadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə