Amaliya Pənahovanın yubileyi keçiriləcək

Amaliya Pənahovanın yubileyi keçiriləcək

Xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın təntənəli yubiley gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, hazırda xalq artistinin 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunması istiqamətində hazırlıq işləri gedir.

Nəzərinizə çatdıraq ki, xalq artisti Azərbaycan kinosunda bir-birindən bənzərsiz onlarla obraz yaradıb. O, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib. Amaliya Pənahova 1992–ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və hazırda bu teatra rəhbərlik edir.

Qeyd edək ki, yubiley gecəsi iyulun 3-də Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə