Sentyabr ayının 16-18 tarixində IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
Siz sərgi-yarmarkada nəşriyyatınız tərəfindən buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqsınız.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında stend sahəsi (6 kv.m.-dək) və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcək.
Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə edə bilərsiniz.([email protected])
IV Bakı Beynəlxalq Sərgi-yarmarkasında iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 01 sentyabr tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB