Niyazinin mənzil-muzeyində dahi polyak bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr edilmiş konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova F.Şopenin yaradıcılığı haqqında söhbət açıb.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova, Leyla Məmmədəliyeva, əməkdar artist Nərgiz Kərimova, Yelena Boqoyevskaya, Bülbül adına orta ixtisas musiqi məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri tərəfindən F.Şopenin əsərləri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB