ATMU nümayəndələri İspaniyada keçirilən təlimlərdə iştirak edib
Avropa İttifaqının "TEMPUS" proqramının VI çağırış üzrə dəstəklənmiş "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı" layihəsi çərçivəsində İspaniya Krallığının Girona və Barcelona şəhərlərində keçirilmiş təlimlərdə Moldova Dövlət Universiteti, Moldova Kooperasiya və Kommersiya Universiteti, Gürcüstan Texniki Universiteti, Qori Dövlət Pedaqoji Universiteti, Tiflis Qorqosali Universitetinin əməkdaşları ilə birlikdə Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak ediblər. Təlimlər əsasən Girona şəhərində yerləşən eyniadlı Universitetdə və Barselona şəhərindəki Turizm məktəblərində (Euroaula, EUT Formatic Barna, EUTH, Escola Universitaria Meditterani) təşkil olunub. ATMU-nun "Turizm və qonaqpərvərlik" fakültəsinin tyutoru Sara Bağırlı bildirib ki, Girona Universitetinin professor-müəllimləri tərəfindən keçirilmiş təlimlər qrafikinə "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı" layihəsinin davam etdirilməsi, "TEMPUS" proqramı ilə bağlı müzakirələr, tədris-metodik vasitələrin müqayisəli öyrənilməsi və sair məsələlər daxil idi. Elə bu məqsədlə təlim iştirakçısı kimi Girona Universitetində keçirilən müvafiq dərslərin dinləyicisi olmaqla bərabər, İspaniyanın bir sıra istehsalat müəssisələrinə (The Carlemany Hotel, Torremirona və s.) səfər etmişik. Universitetin professor-müəllim heyəti tərəfindən təlim iştirakçıları üçün planlaşdırılmış məruzə-saatları turizm ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulduğundan tədris fənnləri (Event management, Hospitality and tourism economics, Hospitality management, Hospitality facilities and design, Tourism transport, Strategic management, Project management və s.) zəruri vasitə və metodların təsviri, eləcə də tədris proqramlarının geniş izahı müstəvisində aparılıb Təlimlərin keçirildiyi 18 gün ərzində iştirakçılar ölkənin təlim-tədris metodikasına dair ətraflı məlumat əldə etmək imkanı qazanıblar.
ATMU nümayəndələri adı qeyd edilən universitetin müasir informasiya kommunikasiya texnologiyaları ilə yüksək səviyyədə təchiz edildiyini, bəzi ixtisaslar üzrə nəzəri biliklərin təcrübə ilə üzvü surətdə əlaqələndirildiyini və tələbələrin bilik səviyyələrinin qiymətləndirilməsi formalarının bir qədər fərqli olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB