“Bomba Baba” filminin çəkilişlərinin hazırlıq prosesinə başlanılıb

“Bomba Baba” filminin çəkilişlərinin hazırlıq prosesinə başlanılıb

Paytaxt Bakıda melodram-komediya janrında "Bomba Baba" filminin çəkilişlərinin hazırlıq prosesinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, filmin ssenaristi və rejissoru Rusiyada və Avropada kifayət qədər tanınmış həmyerlimiz Nadir Maçanovdur. Nadir Maçanov Heydər Əliyev Fondunun dəstəyi ilə Mosfilm kinostudiyasında gerçəkləşən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Baş prodüser olduğu, "Bakı mən səni sevirəm", kino layihəsinin prodüser və rejissorlarından biri olub.

Filmin baş operatoru isə Rusiyanın və Avropanın məşhur kinooperatoru Anton Antonov, Rusiya və Asiya ölkələrində işləri ilə kifayət qədər tanınan Hasan Kadırəliyevin yanında təcrübə keçmiş, "Bakı mən səni sevirəm" kinolayihəsinin ikinci operatoru Raid Abbasovdur.

Xatırladaq ki "Bomba Baba" filmi rejissorla operatorun ilk işləri deyil, birlikdə bir neçə layihə reallaşdırıblar. Ən son işləri isə 2014-cü ilin yayında Moskva və Ümumrusiya Patriarxlığının dəstəyi ilə çəkilən "Vera, Nadejda i Lyubov" sənədli filmi olub.

"Bomba Baba" filminin çəkiliş qrupuna xarici mütəxəssislər də cəlb olunub. Filmin baş rolunun ifaçıları izləyicilərə sürpriz olaraq qardaş Türkiyədən dəvət olunublar.

Qeyd edək ki, filmin Türkiyə ilə yanaşı digər xarici ölkələrin kinotetrlarında yayımlanması da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə