Ölkəmizdə daxili turizmin inkişaf etdirilməsində və regionların turizm imkanlarının təbliğində müxtəlif marşrutlar üzrə infoturların təşkili xüsusi əhəmiyyət kəsb edir. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Gilan Turizm" şirkətinin təşkilatçılığı ilə Qəbələ rayonuna infotur gerçəkləşib.
"Qafqaz" hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı məqsədilə keçirilən səfərdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak edirdilər. "Qafqaz Baku City Hotel"dən başlayan səfər qədim və müasir Qəbələdə maraqlı anlarla yadda qaldı.
Əsrarəngiz təbiəti, zəngin tarixi-mədəni irsi ilə tanınan Qəbələ rayonunda son illər müasir səviyyəli geniş turizm infrastrukturu yaradılıb. "Gilan turizm" şirkətinin direktor müavini Həsən Həsənli və "Qafqaz Karvansaray Hotel"inin direktoru Süleyman Məmmədov tur iştirakçılarına rayonun turizm potensialı, mövcud turizm marşrutları, Qəbələdə yaradılan yeni turizm obyektləri, "Qafqaz" hotellər şəbəkəsi barədə ətraflı məlumat verdilər.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər regionların inkişafının daha da sürətləndiyi vurğulanıb. Qeyd olunub ki, bu gün Qəbələ müxtəlif beynəlxalq mədəni, siyasi və ictimai tədbirlərin keçirildiyi məkana çevrilib. Qəbələ Azərbaycan turizminin inkişaf etdiyi əsas bölgələrdə biridir, buraya gələn turistlərin sayı ildən-ilə artmaqdadır.
İnfotur iştirakçılar "Heydər Əliyev Konqres Mərkəzi", "Qafqaz Hotellər Şəbəkəsi"nə daxil olan - "Qafqaz Yeddi Gözəl", "Qafqaz Yengicə İstisu Sanatoriyası", "Qafqaz Sport Hotel", "Qafqaz Karvansaray Hotel", "Qafqaz Riverside Hotel", "Qafqaz Resort Hotel"ləri, "Tufandağ Qış-Yay İstirahət Kompleksi", "Qəbələnd" İstirahət Mərkəzi, "Qabala Shooting Club" ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB