Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər musiqi və incəsənət məktəbləri Direktorlar Şurasının təqdimatında konsert təqdim ediləcək. SİA-nın verdiyi məlumata görə, "Üzeyir musiqisinin inciləri" adlı konsert dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin 130 illik yubileyinə və 28 may - Respublika gününə həsr olunacaq.
Azərbaycan professional musiqinin banisi Ü. Hacıbəyli görkəmli bəstəkar, musiqiçi, ictimai xadim, alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında böyük rol oynayıb. Musiqi üslubunun özünəməxsusluluğu, yüksək ideyalılıq və millilik Ü.Hacıbəyli yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.
Qeyd edək ki, konsert mayın 27-si, saat 16.00-da Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB