Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən "İstedad Mərkəzi"nin üzvlərinin 28 may - Respublika gününə həsr olunmuş konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
Nəzərinizə çatdıraq ki, tədbir zamanı "İstedad Mərkəzi" nin məzunlarına Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, konsert mayın 21-də, saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB