Sevilən aktyor Azər Axşamın müsahibəsini SİA oxucularına təqdim edirik:
- Bildiyimiz kimi, bu yaxınlarda çəkildiyiniz "100 kağız" filminin qala gecəsi oldu. Bu film haqda nə deyə bilərsiniz?
- Fikrimcə tamaşaçıların zövqünü oxşaya biləyəcimiz iş ortaya qoymuşuq. Burada yaxşı aktyor komandası var. Filmdə xəyənətkar ər obrazını canladırıram. Filmin rejissoru Şahin Zəkizadə ilə ilk dəfədir işləyirəm. Film yalnız pul qazanmaq məqsədi ilə çəkilmədiyi üçün sevinirəm. Sözügedən kinoda bir ana xətt var və peşəkar iş ərsəyə gəlib.
- Hazırda ölkəmizdə kifayət qədər film çəkilir. Sizin rol aldığınız "100 kağız" filmi digərlərindən seçilə biləcək?
- Təəssüf ki, son zamanlar çəkilən filmləri izləməmişəm. Yalnız "Xoxan" filminin anonsuna baxmışam və çox bəyənmişəm. Ancaq ailə üzvlərim və ətrafdakı insanların sözlərinə görə "Xoxan" filmi uğurlu alınıb.
- Sizcə çəkilən filmlərdə nə çatışmır?
- Rejissorlar filmlərimizə az hallarda peşəkar aktyorları çəkirlər. Hesab edirəm ki, işini bilən aktyorlardan daha çox istifadə edilməlidir.
- Nə zamansa tamaşaçılar sizi drammatik obrazda görə biləcək?
- Həyatda ən böyük arzum drammatik filmdə rol almaqdır. Tamaşaçılar məni komediya aktyoru hesab edir. Ancaq bilsinlər ki, komediyanı bacarıram. Mən Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakültəsini bitirmişəm. Düşünürəm ki, drammatik obrazın öhdəsindən layiqincə gələ bilərəm.
- Mədəniyyət və İncəsənət Universitetində müəlliminiz kim olub?
- Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadənin tələbəsi olmuşam. Bir sözlə, elə bir insanın tələbəsi olan şəxs mütləq drammatik obrazda oynaya bilər.
- Hansı obrazı canlandırmaq istəyərsiniz?
- Əgər rejissor hər hansı bir rolda məni görürsə və obrazda oynatmağı bacaracaqsa, mən düşünmədən razı olaram. Çünki mən də sevinərəm ki, rejissor mənim bilmədiyim tərəfimi tamaşaçılara təqdim edəcək.
- Bəlkə rejissorun verəcəyi rolu siz bəyənməyəcəksiniz?
- Əslində aktyor rejissorun gücünü görəndə istər-istəməz ona təslim olur. Burada qəbahət heç nə yoxdur. Rejissorların da əsas vəzifəsi aktyordan düzgün istifadə etməsidir.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB