22 aprel tarixində YUNESKO baş qərargahında İcraiyyə Şurasının Sessiyası çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və 3-cü Üumdünya Mədəniyyətlərarası Dialoq Forumun təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb.
Görüşdə Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını baş direktora çatdiraraq YUNESKO-nun Forumun rəsmi tərəfdaşı kimi mədəniyyətlərarası dialoq üçün həyata keçirilən fəaliyyətlərə yüksək dəstəyinə görə təşəkkürünü bildirib. İ. Bokova Forumun müasir dünyada artan gərginlik fonunda beynəlxalq qurumları və dünya ölkələrini öz ətrafında birləşdirən unikal bir platforma olduğunu qeyd edərək Azərbaycanın bu prosesdə fəal mövqeyinin nümunəvi olduğunu bildirib.
Görüş zamanı Azərbaycan-YUNESKO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilmiş, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.
Qeyd edək ki, görüşdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB