Amsterdamın populyar musiqi mərkəzi olan "Melkweg" məkanında VII illik "Eurovision" konserti keçirilib. SİA-nın mahnı müsabiqəsinin saytına istinadən verdiyi məlumata görə, konsertdə 24 çıxış, o cümlədən Azərbaycanın təmsilçisi Elnur Hüseynovun ifası dinlənilib.
Qeyd edək ki, konsertdə 1500-dən çox pərəstişkar olub. KİV nümayəndələrinə müsabiqə iştirakçıları ilə görüşmək imkanı yaradılıb. Tədbirin xüsusi qonağı isə "Eurovision- 1985" mahnı müsabiqəsinin qalibi olmuş "Bobbysocks" dueti olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB