"Gülən uşaq” adlı Beynəlxalq Festival keçiriləcək

"Gülən uşaq” adlı Beynəlxalq Festival keçiriləcək

20-25 aprel tarixində Türkiyənin İstanbul şəhərində əlil uşaqların "Gülən uşaq" adlı Beynəlxalq Festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, müxtəlif ölkələrin uşaq və gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində, milli mədəniyyətin təbliğində bu kimi tədbirlərin əhəmiyyətini nəzərə alaraq Festivalda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivi təmsil edəcək.

Qeyd olunmalıdır ki, 2007 və 2008-ci illərdə keçirilmiş "Gülən uşaq" adlı Beynəlxalq Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilatı dəstəyi ilə Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivi təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə