Xəbər verdiyimiz kimi, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Xalq artisti sərəncamla bağlı münasibətini SİA-ya açıqlayıb. "Bu diplom mənim üçün çox gözlənilməz oldu. Cənab prezidentimiz məni belə bir diploma layiq gördüyü üçün təşəkkür edirəm. Hər zaman diqqətdə olduğuma görə özümü xoşbəxt hiss edirəm. Həqiqətən də bu anlara görə yaşamağa dəyər".
Qeyd edək ki, Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB