Mədəniyyətlərin yaxınlaşması yolları YUNESKO-da

Mədəniyyətlərin yaxınlaşması yolları YUNESKO-da

Parisdə YUNESKO-nun Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik (2013-2022) Toplantısı öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, iki gün davam edən toplantının əsas məqsədi mədəniyyətlərin yaxınlaşmasına sistematik yanaşmanı təmin etmək, orta və uzun müddətli on illik üçün strategiyaların müəyyənləşdirilməsidir.

Tədbiri açan YUNESKO baş direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini xanım Nada Əl-Nəşifekstermizin artdığı müasir dünyada mədəniyyətlərin yaxınlaşması və dialoqun təşviq edilməsi üçün sistemli fəaliyyətlərin və çoxsaylı təşəbbüslərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Daha sonra mədəniyyətlərin yaxınlaşması proqramının həmmüəlliflərindən olan Qazaxıstanın YUNESKO yanında Daimi nümayəndəsi səfir cənab Nurlan Danenov çıxış edərək mədəniyyətlər arası əməkdaşlığın vacibliyini qeyd etdi və bu proqramın da bu istiqamətdə mühüm rola malik olduğunu, eləcə də cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlər arası Dialoq Forumunun belə təşəbbüslərin təbliği və təşviqi üçün geniş imkanlar yaradacağını bildirdi.
Toplantıda BMT, EKOSOS, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO-nun birsıra ölkələrdə Mərkəzlərinin rəhbərləri, həmçinin, antropologiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, qloballaşma, konfliktologiya sahələrində alim və mütəxəsislərin çıxışı nəzərdə tutulur.
Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərin dialoqu üçün Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə təqdimatla çıxışı nəzərdə tutulur.
Tədbirdə həmçinin AR-nın YUNESKO yanında Daimi Nüayəndəliyi də təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə