Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərazidəki hərbi hissələrdə Novruz bayramına həsr olunan silsilə tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, rayon ictmaiyyətinin nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədənövbəti tədbirdə çıxış edənlər ön cəbhədə düşmənlə üz-üzə dayanan zabit və əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, onlarla qürur duyduqlarını söyləyiblər.
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bayramı onlarla bir yerdə keçirdiklərinə görə Tərtər rayonu ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayon mədəniyyət evinin "Tərtər" xalq kollektivi maraqlı konsert proqramları ilə çıxış edib. Bayram tədbirində əsgərlər özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxuyub, rəqs edb, bacarıqlarını göstəriblər.
Qeyd edək ki, sonra hərbi hissələrə bayram sovqatı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB