“Oğru”

Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüş Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Əhməd Orucoğlunun "Oğru" pyesi əsasında hazırlanan tamaşa üzərində məşqlər başa çatmaq üzrədir.

Qeyd edək ki, tamaşa martın sonunadək sənətsevərlərə təqdim olunacaq. Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə