Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 09 aprel 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi məlumayta görə, çağdaş ədəbi prosesin fəal iştirakçısı olan Nizaməddin Şəmsizadə 30-a yaxın elmi, nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik kitabın, 200-dən çox məqalənin müəllifidir.
Onun milli ideologiyamızı əks etdirən "Azərbaycançılıq" kitabı, üç cildlik "Seçilmiş əsərləri", ölkənin ali məktəblərində əsas tədris vəsaiti kimi istifadə olunan "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi ədəbi-nəzəri fikrimizin nailiyyətlərindən sayılır. Nizaməddin Şəmsizadənin Azərbaycanın ədəbi-mədəni pedaqoji həyatında bir vətəndaş, ziyalı kimi millət və dövlət mənafeləri baxımından diqqətəlayiq fəaliyyətini, ədəbiyyatımız qarşısındakı xidmətlərini də xüsusi ilə vurğulamaq lazımdır.
Qeyd edək ki, Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə 2010-cu ildə Dövlət mükafatı laureatı adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB