“I Avropa Oyunları” ilə bağlı təlim-tədris kursları başa çatıb

“I Avropa Oyunları” ilə bağlı təlim-tədris kursları başa çatıb

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində yerləşən Gənclər Evində xidmət sahəsi üzrə başlayan 8 günlük təlim-tədris kursları bu gün başa çatıb. SİA-nın verdiyi məlumata görə, Mingəçevir şəhərinin mehmanxanaları ilə yanaşı, Gəncə və Naftalan şəhərindən olan mehmanxana əməkdaşları ilə birlikdə 110 nəfərin iştirak etdiyi təlim-tədris kurslarında əsasən 4 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər.

Kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatıb. Tədbirdə Nazirliyin nümayəndələri ilə yanaşı Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri də iştirak edib.

Avropa Oyunlarına gələcək idmançılara və qonaqlara ümumilikdə turistlərə yüksək xidmət göstərmək məqsədilə Mingəçevir təlimlərindən sonra 06-13 aprel tarixində mehmanxana əməkdaşları üçün Bakı şəhərində bu istiqamətli təlimlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə