Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Ramil Əhmədin "Zaman tuneli" kitabının imza günü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək AYB-nin hər zaman gənc yazarlara dəstək olduğunu söyləyib. Bildirib ki, bu cür imza günləri davamlı olaraq keçiriləcək.
Daha sonra Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza söz alaraq Ramil Əhmədi təbrik edərək, növbəti dəfə digər gənc yazıçıların kitablarını nəşr edəcəklərini və belə imza günü keçiriləcəyini bildirib: "Yazıçılar Birliyi olaraq Ukraynada da 3 aydan bir müəlliflərin imza gününü keçirəcəyik. Bu həm xaricdə yaşayan azərbaycanlılar üçün bir fürsət, həm də çalışırıq ki, bizim yazıçı və şairlərimizi başqa ölkənin vətəndaşları tanısın. Onu da deyim ki, 5 mart tarixində Samux Rayon Heydər Əliyev Mərkəzində ayb Kitab stendinin açılışı və Çingiz Abdullayevlə görüş keçiriləcək. Bu da "AYB Kitab"ın stendinin rayonlarda ilk açılışı Samux rayonunda olacaq. Orada AYB-nin ilk stendində "AYB Kitab" evində nəşr edilən kitablar sərgilənəcək.
Qeyd edək ki, sonda Ramil Əhməd imza gününün keçirilməsində xidməti olanlara, iştirakçılara təşəkkürünü bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB