"Nano Film Productionun" istehsal etdiyi "Məriz" adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, film Xocalı hadisələrinin 13 yaşlı Qeyrət adlı bir yeniyetmənin yaddaşında necə ağır bir psixoloji izlər buraxması ilə bərabər düşmənlərimizin amansız vəhşiliyindən bəhs edir.
Tədbirdə çıxış edənlər Xocalı faciəsini xalqın yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıblar. Bildirilib ki, sözügedən hadisə XX əsrin ən böyük dəhşət və qətlyamlarından biridir.
Natiqlər onu da diqqətə çatdırıblar ki, ermənilərin Xocalıda törətdikləri soyqrımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdəndir.
Daha sonra "Məriz" adlı qısametrajlı film nümayiş olunub və zalda əyləşənlər ekran işindən olduqca təsirləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB